|
|
|
"Azeri - Fugro" Birgə Müəssisəsi 1995-ci ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) və Niderland, Fugro N.V. arasında yaradılmışdır. Birgə müəssisənin yaradılmasının əsas məqsədlərindən biri qərb təcrübəsindən və texnologiyadan faydalanmaqla milli neft və qaz sənayesinin təkmilləşdirilməsi üçün yerli resurslardan istifadə etmək olmuşdur. Fugro şirkətlər qrupunun tərkib hissəsinə daxil olan "Azeri-Fugro" BM Xəzər dənizinin neft sənayesi üçün karbohidrogen kəşfiyyatında/istismarında tələb olunan kəşfiyyat, geotexniki və ekoloji xidmətlərin bütün çeşidini təmin edir. Şirkət Fugro Əməliyyat Şirkətlərində mövcud olan mütəxəssis təcrübəsindən və resurslardan faydalanmaq üçün bütün Fugro Qrupun dəstəyini istəyir. ARDNŞ və Fugro arasında mövcud olan uzunmüddətli proqramın tərkib hissəsi kimi, qrunt kəşfiyyatında yerli neft və qaz sənayesinə xidmət göstərmək üçün Bakıda Azeri-Fugro geotexniki laboratoriya yaradılmışdır. Azeri-Fugro şirkətinin fəaliyyətlərinin məzmunu: dənizdə və quruda geoloji-mühəndis kəşfiyyatı, kern qazma, geotexniki qrunt testi (ASTM və BS-ə əsasən). Test müasir avadanlıqlarla təchiz olunmuş geotexniki laboratoriyada yerinə yetirilir. Geotexniki laboratoriya ISO 9001-2008 sertifikatına malikdir, Sertifikatın №-si: 22033. |